Boksçularımız İslamiadanı 6 medalla başa vurdular
Noyabr 11
10:44
2025
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsinə yekun vurulub. Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub.
O, bu gün keçirilən finalda Sultan Osmanlı (Türkiyə) ilə üz-üzə gəlib və rəqibini 4:1 (28:29, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edərək, Ər-Riyadda Azərbaycan Himnini səsləndirib.
Nərgiz Zeynalova (54 kq) və Aynur Mikayılova (57 kq) İslamiadada ikinci yeri tutublar. Məhəmmədəli Qasımzadə (60 kq) finalda Madiyar Daniyarovla (Özbəkistan) döyüşməli olsa da, zədə səbəbindən rinqə çıxmayıb və gümüş medala yiyələnib.



