SON XƏBƏR

Bolqarıstan niqaba qadaga qoydu

Oktyabr 01
23:25 2016
Bolqarıstan parlamenti qadınların ictimai yerlərdə niqab taxmasını qadağan edən qanun qəbul edib.
 
Qadağanı pozanlar 770 avro cərimə olunacaq.
 
Qanunun qəbul edilməsinə səbəb ölkənin cənubundakı Pazarcik şəhərində bir qrup qadının niqab taxması səbəb olub.
 
Qeyd edək ki, Bolqarıstanın 7.2 milyon əhalisi var. Müsəlmanlar əhalinin 10 faizini təşkil edir. Niqab burada yaşayan müsəlmanlar arasında geniş yayılmayıb.
 
Oxşar qadağalar Fransa, Hollandiya və Belçikada da tətbiq olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook