SON XƏBƏR

Bolqarıstanın yeni prezidenti seçilib

Noyabr 13
22:12 2016
Bolqarıstanda keçirilən prezident seçkilərinin 2-ci turunun nəticələri məlum olub.

"Alfa Research” və "Gallup” sosial agentliklərin "exit-pol”larının nəticələrinə görə, Rumen Radev 58,5 faiz səs toplayaraq seçkilərdə qalib gəlib. 

Rəsmi olaraq Bolqarıstanın yeni prezidentinin adı gələn həftə açıqlanacaq. Buna baxmayaraq o, rəsmi olaraq vəzifəsini yanvar ayında, hazırkı prezidentin səlahiyyətləri bitdikdən sonra icra edəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook