Boris Nemsov haqqında film çəkilib
Oktyabr 09
23:17
2016
Oktyabrın 9-u Rusiya müxalifətinin aparıcı siyasətçilərindən biri olmuş, mərhum Boris Nemtsovun 57 yaşı tamam olur. O, ötən ilfevralın 27-də naməlum şəxslər tərəfindən Moskvada öldürülüb.
Film ilk dəfə oktyabrın 6-da Vaşinqtonda nümayiş edilib və sonra You Tube-a yerləşdirilib.
Rus siyasətçisi Andrey Piontkovski və jurnalist, Nemtsovun silahdaşı olan Leonif Martınyuk onun ölümü ilə bağlı "Fakt o deyil ki, adamı öldürmək lazımdır” adlı film çəkiblər.
Filmin əsasında duran ideya odur ki, Boris Nemtsovun ölümünün arxasında Çeçenistan rəhbəri Ramzan Kadyrov, Milli Qvardiyanın rəhbəri Viktor Zolotov və Rusiya prezidentinin özü durur.
Film ilk dəfə oktyabrın 6-da Vaşinqtonda nümayiş edilib və sonra You Tube-a yerləşdirilib.
Nemtsovun ölümü ilə bağlı bir neçə şəxs həbs edilib. Amma müxalifət əsl sifarişçilərin açıqlanmadığını düşünür.
Boris Nemtsov Putinin sərt tənqidçisi idi və ölümündən az əvvəl bildirmişdi ki, Rusiyanın Ukraynaya müdaxiləsini sənədlərlə sübut edəcək.
(Azadlıq.İnfo)



