Britaniya Azərbaycana girişlə bağlı səyahət tövsiyəsini yeniləyib
Mart 02
07:24
2026
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi regionda davam edən gərginlik fonunda İranla həmsərhəd ölkələrə girişlə bağlı səyahət tövsiyələrini yeniləyib.
APA xəbər verir ki, yenilənmiş tövsiyələr Azərbaycan, Ermənistan, Türkmənistan və Türkiyəyə şamil edilib.
İranda olan və quru sərhədi vasitəsilə ölkəni tərk etməyi planlaşdıran şəxslərə sərhədə yollanmadan əvvəl daxil olacaqları ölkənin aktual səyahət tövsiyələrini, o cümlədən viza tələblərini yoxlamaq tövsiyə olunub.



