SON XƏBƏR

Britaniya da vahid Avropa ordusuna qarşı çıxdı

Sentyabr 17
11:18 2016
Böyük Britaniya vahid Avropa Birliyi ordusunun yaranmasına mane olacaq.
 
Axar.az xəbər verir ki, bunu "Tayms” qəzetinə müsahibəsində Böyük Britaniyanın Müdafiə naziri Maykl Fellon söyləyib.
 
Onun sözlərinə görə, Britaniyanın ən böyük narahatlığı vahid AB ordusunun NATO-nu təkrarlamağa cəhd etməsidir.
 
Qeyd edək ki, bundan öncə Avropa Komissiyasının sədri Jan Klod Yunker vahid AB ordusunun yaradılması ilə bağlı addımlar atılacağını bəyan edib. Yunkerin bu bəyanatı artıq indidən Şərqi Avropa ölkələrində narahatlığa səbəb olub. Hazırda Avropanın öz ordusunun yaradılmasını istəyən əsas ölkələr Fransa və Almaniya hesab edilir. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook