SON XƏBƏR

Britaniya kralı ictimaiyyət qarşısına ətəklə çıxdı - FOTO

İyul 04
01:13 2023
Böyük Britaniya Kralı III Çarlz həyat yoldaşı Kamilla ilə Şotlandiyaya rəsmi səfərə gəlib. Müvafiq məlumat Britaniya kral ailəsinin "Instagram”dakı rəsmi hesabında dərc edilib.

Bazar ertəsi, iyulun 3-də cütlük Edinburqdakı Kinneyl Hausu ziyarət edib. İngilis hökmdar ətəyilə diqqət çəkib.

Qeyd edək ki, kralın səfəri hər il Şotlandiyada keçirilən Müqəddəs Ruh Həftəsinə təsadüf edir. Məlumdur ki, onlar cümə axşamına qədər Böyük Britaniyanın ən şimal ölkəsində qalacaqlar və bu müddət ərzində bir sıra ənənəvi tədbirlər, o cümlədən Açarların təqdim edilməsi mərasimi və bağ şənliyində iştirak edəcəklər.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook