Brüssel görüşündə əsas məqam: “Zəngəzur yolu çəkiləcək, delimitasiya başlayacaq”
May 16
08:48
2023
"Brüsseldə əldə olunan ən böyük nəticə odur ki, görüş gerçəkləşib. Şarl Miselin bəyanatında məni iki məqam çox sevindirdi”.
"AzPolitika.info” xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin sonuncu görüşünü şərh edərkən deyib.

Xatırladaq ki, görüşdən sonra Aİ Şurasının rəhbəri deyib ki, liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşləri bərpa etmək barədə razılığa gəliblər: "1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29 min 800 kv.km), Azərbaycanın (86 min 600 kv.km) müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiq etdilər. Sərhədin yekun delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq".
Onun sözlərinə görə, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Görüşlə bağlı Azərbaycan hökumətinin təmsilçiləri də razılıqlarını ifadə ediblər. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hesab edir ki, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbiti müstəsna əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, onlar Qarabağ ərazisindən silahlı qüvvələrini tam çıxarıblar. Onların deməsinə görə, Qarabağın "müdafiə ordusu" onlara aid deyil. Üstəlik, hər iki tərəf müəyyən ərazilərinin hələ də işğalda qaldığını bildirir.
Z.Əlizadə ikinci pozitiv məqam kimi Ermənistanın Zəngəzur yolunun çəkilməsinə razılıq verməsini göstərir: "Nəzərə alsaq ki, bu razılıq Brüsseldə verilib, yolun çəkilməsinin maliyyə tərəfini Avropa İttifaqı öz üzərinə götürəcək".



