Bu gün Putin Ərdoğanla görüşəcək – Berlində
							Yanvar 19
									
										17:50
										2020
									
								
									
									
									
									
									
									
Bu gün Rusiya prezidenti Vladimir Putin (19 yanvar – Red) Berlində keçiriləcək Liviya konfransından öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Bu barədə "TASS” məlumat yayıb.
"Belə bir görüş planlaşdırılır”, deyə Rusiya dövlət başçısının mətbuat xidmətindən agentliyə bildirilib.
	Tədbirə münaqişədə olan iki tərəfdən başqa, ABŞ, Rusiya, Türkiyə, Fransa, Çin, Avropa İttifaqı, BMT və s. ölkə və təşkilatların rəhbər və nümayəndələri dəvət ediliblər. /Report									
								
									
									
									
							
									
								
								
  
							 
						Bu barədə "TASS” məlumat yayıb.
"Belə bir görüş planlaşdırılır”, deyə Rusiya dövlət başçısının mətbuat xidmətindən agentliyə bildirilib.
Xatırladaq ki, bu gün Almaniyanın təşəbbüsü ilə keçiriləcək Berlin konfransı Liviyadakı siyasi böhranı dayandırmağı, Liviyanın ərazi bütövlüyünü əsas götürən sülh müqaviləsi üçün danışıqların başladılmasını hədəfləyir.

				
				
				
				
				
				

