Bu gündən növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası başlayıb
							Avqust 09
									
										10:04
										2024
									
								
									
									
									
									
									
									
Bu gündən növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına başlanılıb.
	"Report" xəbər verir ki, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.
Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər.
	
	
	Qapalı yerlərin linki - https://www.msk.gov.az/az/news/view/1351
									
								
									
									
									
							
									
								
								
  
							 
						Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər.
Təşviqat üçün ölkə üzrə 3 259 açıq, 1 854 qapalı yer ayrılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Açıq yerlərin linki - https://www.msk.gov.az/az/news/view/1353

				
				
				
				
				
				

