SON XƏBƏR

Bu il Cəbrayıl, Qubadlı və Zəngilanda bir neçə kəndin tikintisi başlayacaq

Mart 10
13:59 2023
Bu il ərzində Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə bir neçə kəndin tikintisinə başlamaq planlaşdırılır.

APA xəbər verir ki, bu barədə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən "Enerji təminatı məsələləri" üzrə İşçi Qrupunun iclasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
 
Onun sözlərinə görə, Zəngilan rayonu Ağalı kəndinin tikintisi artıq 90% tamamlanıb.

Vahid Hacıyev onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində müxtəlif sosial və nəqliyyat obyektlərinin tikintisi, yol və kommunikasiya infrastrukturunun yaradılması aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook