SON XƏBƏR

Bu ilkə hər kəs imza atacaq!!!

Aprel 18
16:10 2025

Orijinal təqdimatlarla tanınan FS FİLM COMPANY şirkətinin bu dəfə təqdim etdiyi yeni layihə tam fərqli şəkildə qarşılandı. Yunan əsilli gənc müğənni Nika, sözləri Azərbaycan bayatılarından ibarət və musiqisi Xalq Artisti Niyaməddin Musayevə məxsus "Bu qala daşlı qala" mahnısını tam fərqli və özünəməxsus stildə ifa edərək, artıq kifayət qədər dinləyici ordusu toplamağa müvəffəq olub.

 

FS FİLM COMPANinin təsisçisi və rejissoru Faiq Nağıyevin  yeni tapıntısı olan Yunan qızı, qeyri- adi səs və ifa stili ilə yanaşı, aziat tipli üz quruluşu ilə də diqqət mərkəzindədir.  

     

Bu ilkə hər kəs imza atacaq; belə ki, sosial- məişət məzmunlu, triller, dram üslubunda geniş tamaşaçı auditoriyası toplayan məşhur "Ülkər", "Səssiz fırtına" filmləri ilə tanınan və sevilən, özünəməxsus təkrarlanmaz ideyalarla zəngin istedadlı rejissor Faiq Nağıyev, Nikanın yaxın gələcəkdə triller janrlı ekran əsərlərində yer alacağı barədə fikir söyləyib. 


P.S..  Xəbəri izləməkdə davam edin ki, yaxın zamanda hər kəsin sevimlisinə çeviriləcək ulduz Nika haqqında daha geniş məlumatlarla tanış ola biləsiniz!


Video bu linkdədir: Video burada




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook