SON XƏBƏR

“Bu, mənim üçün fantastikdir” – Mourinyudan Mourinyusayağı şərh

May 16
15:34 2023
"Roma”nın baş məşqçisi Joze Mourinyu A seriyasında "Bolonya” ilə heç-heçə etdikləri (0:0) qarşılaşmanın ardından açıqlama verib.

Fanat.az-ın məlumatına görə, "Pazzi Di Fanta” onun dediklərini belə çatdırıb:

"Fanatlar məni dinləməlidirlər. Biz bir neçə həftə öncə turnir cədvəlinin daha üst sıralarında olanda demişdim ki, komanda həftədə yalnız bir uğurlu matç keçirəcək potensialdadır. Çünki oyun sayı artdıqca iki cəbhədə mübarizə aparmağa resurslarımız imkan vermirdi. Düzdür, turnirlər arasında fərq qoymamağa çalışırdıq. Amma son iki-üç ayda bu barədə daha çox danışmağım da səbəbsiz deyil.

Biz fantastik mövsüm keçiririk. İnsanlar nə istəsələr danışa, təhlil edə bilərlər. Mövsümü dörd, yeddi və ya başqa pillədə bitirə bilərik. Əmin olduğum budur ki, biz limitli heyətlə mübarizə aparmışıq. Böyük seçim, rotasiya imkanımız olmayıb. Bu, mənim üçün fantastikdir.

Oyuna gəlincə, çətin qarşılaşma idi. Belottinin qol vurmaq üçün əla fürsəti oldu. Həm də təmiz penaltimizi vermədilər. Heç-heçəyə layiq idik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook