SON XƏBƏR

“Bu, “Vaqner üçün intihar olacaq...” - “Polşa ordusu bu addıma yalnız sevinər”

İyul 25
10:57 2023
"Bu gün Belarusda 10 min "vaqnerçi” yoxdur. Ancaq onların hərəkəti davam edir”.

"AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının sözçüsü Andrey Yusov yerli mətbuata açıqalmasında deyib.

Yusov bildirib ki, "Vaqner”-in Polşaya hücumu barədə Belarus Prezidenti Aleksandr Lukaşenkonun dedikləri qeyri-ciddi təsir bağışlayır.

Onun sözlərinə görə, Polşa ordusu üçün "Vaqner”-i darmadağın etmək heç bir çətinlik törətmir: "Əgər bu təhdidlərin ciddiliyindən danışsaq, "Vaqner”-in məsələn, Polşaya ciddi təhlükə törədəcək gücü və vasitələri yoxdur. Əgər belə bir addım atılsa, bu, "Vaqner” üçün intihar olar. Əminəm ki, bu addım atılsa, Polşa ordusu buna yalnız sevinər və tezliklə bu problemi həll edər”.

Yusov əlavə edib ki, Qərbdə "Vaqner”-in Polşaya, yaxud hansısa başqa bir NATO dövlətinə yaradacağı təhlükəni şişirtmirlər, reallıqları yaxşı bilirlər. Lakin bununla yanaşı, "Vaqner”-in Belarusdakı hərəkətlərini izləyirlər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook