Bundesver türklərin qisasından qorxur
İyun 03
12:25
2016
Almaniya parlamenti Bundestaq tərəfindən "erməni soyqırımı”nı tanıyan qətnamənin qəbulu Türkiyə ilə hərbi sahədə əməkdaşlığa zərbə vura bilər.
"Der Spiegel” yazır ki, Türkiyə Bundesverin İŞİD-ə qarşı mübarizədə strateji tərəfdaşıdır. Suriya və İraq üzərində aerofotoçəkilişlər aparan Almaniya kəşfiyyat təyyarələri iki aydır ki, İncirlik hava bazasından uçur. Hərçənd ki, təyyarələrin dislokasiyasına dair formal danışıqlar hələ başa çatmayıb. "Bu danışıqlar onsuz da gərgin atmosferdə gedir, indi qətnamənin qəbulu vəziyyəti daha da mürəkkəbləşdirəcək”-məqalədə deyilir.
Bu barədə "Der Spiegel” yazır. Söhbət Almaniyanın "Tornado” kəşfiyyatçı təyyarələrinin Egey dənizindən qanunsuz miqrant daşınması ilə birgə mübarizə üçün Türkiyə ərazisində dislokasiyasına dair əldə edilmiş razılaşmadan gedir. Almaniyanın Müdafiə Nazirliyində-Bundesverdə daha çox bundan ehtiyat edirlər ki, qəzəblənmiş Türkiyə tərəfi hərbi sahədə birgə layihələri əngəlləyəcək, yaxud ümumiyyətlə ləğv edəcək.
Ötən gün Bundestaqda "soyqırım” səsverməsindən əvvəl müdafiə naziri Ursula fon der Lyaen Türkiyənin mümkün reaksiyasını yüksək rütbəli hərbçilərlə müzakirə edib. Hərbçilərin qənaəti belə olub ki, Türkiyə NATO üzvü olmasına baxmayaraq türklərin və hər kəsdən əvvəl Ərdoğanın nə edəcəyi bəlli deyil. Ona görə də bu səsvermənin birgə əməliyyatlar üçün nəticələrini nəzərə almaq lazımdır.
"Der Spiegel” yazır ki, Türkiyə Bundesverin İŞİD-ə qarşı mübarizədə strateji tərəfdaşıdır. Suriya və İraq üzərində aerofotoçəkilişlər aparan Almaniya kəşfiyyat təyyarələri iki aydır ki, İncirlik hava bazasından uçur. Hərçənd ki, təyyarələrin dislokasiyasına dair formal danışıqlar hələ başa çatmayıb. "Bu danışıqlar onsuz da gərgin atmosferdə gedir, indi qətnamənin qəbulu vəziyyəti daha da mürəkkəbləşdirəcək”-məqalədə deyilir.
Bildirilir ki, Egey dənizindən miqrantların qanunsuz daşınmasına qarşı NATO missiyasına Almaniya rəhbərlik edir. Bu missiya çərçivəsində NATO gəmiləri Egey dənizinin bir hissəsində patrul xidməti aparır. İndi missiyanın genişləndirilməsinə dair Almaniyanın Türkiyə ilə anlaşma əldə etməsi çətinləşəcək. Ən pis ssenaridə isə bu missiya ümumiyyətlə erməni qətnaməsinə görə iflasa uğraya bilər.
Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğan Afrikaya səfəri zamanı bildirib ki, Bundestaqın qəbul etdiyi qətnamənin iki ölkə münasibətləri üçün ciddi nəticələri olacaq. O, Türkiyənin cavab addımlarının müəyyən ediləcəyini və atılacağını deyib. Virtualaz.org



