“Bura Amerikadır, hicabı çıxart!” deyən amerikalı cəzalandırıldı
May 15
16:44
2016
Qadının başından hicabı çıxarıb, yerə atan amerikalını ABŞ Federal Məhkəməsi günahkar bildi. Washington Post qəzeti yazır ki, məhkəmə qərarına görə, 37 yaşlı Gill Parker Payne müsəlman qadının öz dini inanclarına sərbəst riayət edə bilməsi hüquqlarını pozub və onu 100 min dollar cərimə gözləyir.
Hadisə isə dekabrda olub. Southwest Hava Yollarının Çikaqodan Albuquerque şəhərinə uçan təyyarəsində Payne birdən başı hicablı qadını görüb və hərəkət etmək qəraraına gəlib. O, qadına yaxınlaşıb və hicabı göstərərək deyib ki, "bunu çıxart. Bura Amerikadır”. Qadın hicabı çıxartmayanda Payne hicabı zorla çıxarıb, yerə atıb.

Bu hərəkətini Payne indi öz yazılı etirafında da boynuna alır.
Payne-in öz günahını etiraf etməsi onun cəzasını yüngülləşdirir. Çünki ABŞ qanunları ilə onu 1 il həbs cəzası gözləyirdi. Ancaq məhkəmə bunun əvəzində ona 2 aylıq ev dustaqlığı cəzası verib. Ancaq pul cəriməsindən yayına bilməyəcək və bu, hələ müəyyənləşməyib. Bundan başqa, ev dustaqlığında özünü yaxşı aparmasa, onu həbsxana da gözləyir.
ABŞ Ədliyə Nazirliyinin mülki haqlar bölməsinin rəhbəri Vanita Gupta bildirib ki, kimin hansı dindən olmasının fərqi yoxdur, bütün amerikalılar ayrı-seçkilik olmadan öz dinlərinə qulluq edə bilərlər.(Azadlıq.info)
Qlobal.az