“Buxur” çay evinin sahibi “Vüsal 900” araşdırılacaq - “Vüsal 300″lə əlaqələrinə görə

Sentyabr 22
08:37
2025
Xəbər verdiyimiz kimi neçə gün əvvəl çoxsaylı vətəndaşların şikayətləri əsasında Xətai Rayon Prokurorluğu tərəfindən iş adamı, ictimaiyyətdə "Vüsal 300” kimi tanınan Vüsal Abbasov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq – külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə Abbasovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Əldə olunan məlumata görə, Vüsal Abbasovun saxlanılmasından sonra onun ətrafında olan və müxtəlif dövrlərdə cinayət əməllərində şərik kimi göstərilən bəzi şəxslər istintaqdan yayınmağa cəhd ediblər. Hüquq-mühafizə orqanları isə onların bu niyyətini vaxtında müəyyən edərək axtarış tədbirlərinə başlayıb.
Xatırladaq ki, Abbasovun həbsindən dərhal sonra onun yaxın çevrəsində olan Cavid adlı şəxs də prokurorluq orqanları tərəfindən axtarışa verilib. Bu fakt istintaqın hələ də geniş dairədə aparıldığını göstərir.
Məsələ bununla bitmir. İddialara görə, hazırda daha bir iş adamının adı istintaq materiallarında hallanır. Məlumatlara əsasən, həmin şəxs ictimaiyyətdə "Vüsal 900” kimi tanınır. O, Bakının Nərimanov rayonu ərazisində yerləşən və paytaxt sakinləri arasında tanınmış "Buxur” çay evinin sahibidir.
Mənbələrin bildirdiyinə görə, "Vüsal 900” uzun müddət "Vüsal 300” ilə yaxın münasibətdə olub. Hətta onların bəzi işlərdə şərikliyi, eləcə də qarşılıqlı maliyyə dəstəyi faktları qeyd edilir. Vüsal Abbasovun həbsi xəbəri yayıldıqdan sonra isə "Vüsal 900”ün də ortalıqda görünmədiyi və həbs ediləcəyindən ehtiyatlandığı iddia olunur.
Hazırda hüquq-mühafizə orqanları həm Vüsal Abbasovun, həm də onunla əlaqəli şəxslərin fəaliyyət istiqamətlərini araşdırır. İstintaq materiallarına əlavə ediləcək yeni faktların yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.
Müşahidəçilərin fikrincə, "Vüsal 300” və "Vüsal 900” kimi tanınan şəxslərin adlarının eyni işdə çəkilməsi, onların biznes əlaqələrinin və mümkün şərik fəaliyyətlərinin istintaq üçün yeni istiqamətlər açacağı ehtimalını gücləndirir.
Yazıda adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.(xalq.az)

Qlobal.az