Böyük Britaniyanın İrandakı səfiri ölkəni tərk edib
							Yanvar 15
									
										15:33
										2020
									
								Böyük Britaniyanın İrandakı səfiri Robert Makeir Tehranı tərk edib. "Report” bu barədə "Tasnim”ə istinadən xəbər verir.
Bundan əvvəl İran hökuməti səfirin Tehrandakı etiraz aksiyalarında iştirak etməsindən sonra onu ölkədən beynəlxalq hüquq əsasında çıxartmaq məsələsini araşdırdığını bildirmişdi.

				
				
				
				
				
				

