Cənubi Kipr Türkiyənin kömək təklifini qəbul edib
İyun 22
08:49
2016
Cənubi Kiprin rəhbərliyi adanın yunan hissəsində tüğyan edən meşə yanğınlarının söndürülməsində Türkiyə dövlətinin kömək təklifini qəbul edib. Bu barədə Cənubi Kipr tərəfi rəsmi məlumat yayıb.
Bildirilir ki, Türkiyənin bir təyyarə və iki helekopteri Kiprin Trodos dağında yanan meşələrin söndürülməsinə kömək üçün hazırlanıb. Üç gündür davam edən yanğın adanın meşə sahələrini sürətlə məhv edir.(Azərtac)



