SON XƏBƏR

Cənubi Qafqaz üzrə “3+3” formatında görüş yenidən gündəmə gəldi – Lavrov açıqladı

Dekabr 05
18:02 2022
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Cənubi Qafqaz üzrə "3+3” formatında görüş hazırlanır.

Qaynarinfo bu barədə Sputnik Ermənistan-a istinadla xəbər verir.

Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada danışıqların yekunlarına dair mətbuat konfransında qeyd etdiyi kimi, hazırda tarixlər və gündəm razılaşdırılır.

"Biz, həmçinin üç Cənubi Qafqaz respublikası və onların üç qonşusu - Rusiya, İran və Türkiyəni nəzərdə tutaraq 3+3 məsləhətçi-regional platformasının fəaliyyətindən danışdıq. Bu, vaxtilə Azərbaycan prezidentinin təşəbbüsü olub, ilk görüş keçirilib. İndi biz daha bir belə tədbir hazırlayırıq, konkret tarixlər və gündəliyi razılaşdırırıq”, - Rusiya XİN rəhbəri bildirib.

İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi mövzusunu şərh edən Lavrov bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyanatlar bu prosesin əsasını təşkil edir. Onun sözlərinə görə, Bayramovla görüşdə üç ölkə başçısının imzaladığı üçtərəfli sənədlərə uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərinin bütün kompleksi ətraflı müzakirə olunub.

"Bizim ümumi fikrimizcə, bu sənədlər bütün məsələlərin tam həlli üçün möhkəm, dəyərli, etibarlı əsas olaraq qalır, o cümlədən nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması və bu sahədə konkret razılaşmaların əldə edilməsi”, - rusiyalı nazir deyib.

Lavrov əlavə edib ki, bütün bu sahələrdə Rusiya Federasiyası tərəflərə maraqlı olduqları yardımı göstərməyə hazırdır.

"Biz yenə də yardım göstərməyə hazırıq. Amma burada, əlbəttə ki, əsas, fundamental məsələlərə dair qərar qəbul etmək çox vacibdir və bu mənada BMT Nizamnaməsi və 1991-ci il dekabr Alma-Ata Bəyannaməsi əsasında bütün problemlərin həllinə dair Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada razılaşdıqları məqam mühüm əhəmiyyət kəsb edir”.

Belə olan halda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın dəstəyi ilə "problemin həlli çox asanlaşdırılır”, - rusiyalı nazir əlavə edib.

Xatırladaq ki, 2021-ci il dekabrın əvvəlində Moskvada Rusiya Federasiyası, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədrliyi ilə 3+3 regional məsləhətçi platformasının ilk iclası keçirilib. Gürcüstan indiyədək məsləhətçi formata qoşulmaqdan imtina edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook