SON XƏBƏR

CHP-də yeni dalğa: Kılıcdaroğlunun istefası tələb edilir

May 15
12:39 2023
Türkiyədə keçirilən prezident seçkilərində "Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun istefası gündəmə gətirilib.
 
Qlobal.az xəbər verir ki, bu tələblə CHP-nin keçmiş sədri Dəniz Baykala xüsusi yaxınlığı ilə seçilən, 1995-1996-cı illərdə dövlət naziri vəzifəsində çalışmış Mehmet Sevigen "CNNTurk" kanalında çıxışı zamanı səsləndirib. 
 
M.Sevigen K.Kılıcdaroğlunun prezident seçkilərindəki bıabırçı məğlubiyyətini əsas gətirərək CHP rəhbərliyindən istefa verməsinin vacib olduğunu bildirib:
 
"Kamal bəy Atatürkün partiyasının yaşamasını istəyirsə təcili partiya rəhbərliyindən istefa verməlidir. Kamal bəy bizim ümidlərimizi əlimizdən aldı"-deyə, keçmiş dövlət naziri bildirib. 
 
Qeyd edək ki, son nəticəyə görə Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 49.4, Kamal Kılıcdaroğli isə 45.0 faiz səs toplayıb. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook