SON XƏBƏR

Con Kerri Antarktidaya gedəcək

Noyabr 05
08:55 2016
ABŞ dövlət katibi Con Kerri Antarktidaya səfər edəcək.
 
"Associated Press” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildiriblər.
 
Gələn həftə C.Kerri Ross adasında yerləşən ABŞ-a məxsus elmi-tədqiqat stansiyası və "Amundsen-Scott” stansiyasını ziyarət edəcək.
 
Səfər çərçivəsində dövlət katibi alimlərlə iqlim dəyişiklikliyi problemi və ekologiya məsələlərini müzakirə edəcək. Qeyd edək ki, Kerri Antarktidaya səfər edən ilk ABŞ dövlət katibi olacaq.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook