SON XƏBƏR

DÇ-2022: Argentina və Meksika qalib gəldi

Dekabr 01
06:42 2022
Qətərdə təşkil olunan DÇ-2022-nin C qrupunda III turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bu matçlar həlledici xarakter daşıyır.

Bu qrupda 1/8 finala vəsiqələrdən heç birinin sahibi müəyyənləşməyib. Dörd komandanın da qrupdan çıxmaq şansı olduğundan son tur böyük maraq kəsb edir.

Qrupun lideri Polşa çempionatın favoritlərindən sayılan Argentina ilə üz-üzə gələcək. Digər qarşılaşmada Səudiyyə Ərəbistanı ilə Meksika qarşılaşacaq.

Qeyd edək ki, qrup mərhələsinin görüşləri dekabrın 2-dək davam edəcək.

DÇ-2022, qrup mərhələsi

C qrupu

III tur, 30 noyabr
23:00. Polşa – Argentina 0:2

Qollar: Aleksis MakAllister, 46, Yulian Alvares, 67

23:00. Səudiyyə Ərəbistanı – Meksika 0:2

Qollar: Henri Martin, 47, Luis Çaves, 52


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook