Daha 4 itkin şəhidimiz dəfn olunacaq (FOTO)

Sentyabr 11
11:19
2025
Sabah daha 4 itkin şəhidimiz dəfn ediləcək.
Qlobal.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Qlobal.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, Vəliyev Murad Məlikməmməd oğlu sentyabrın 12-si saat 15:30-da Quba rayonu Nütəh kənd qəbiristanlığında, Abdullayev Cəlal Xankişi oğlu saat 12:00-da Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsinin qəbiristanlığında, Zərbəliyev Ayaz Əsgəralı oğlu saat 14:00-da Göyçay şəhəri Şəhidlər xiyabanında, Qayıbov Vəkil Möylan oğlu saat 15:00-da Qəbələ rayonu Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.
