SON XƏBƏR

Davudoğlu haqda açıqlama vermək AKP-çilərə qadağan olundu

May 23
11:11 2016
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) üzvlərinə istefa verən baş nazir Əhməd Davudoğlu barəsində ciddi xəbərdarlıq olunub. 

Avropa.info xəbər verir ki, AKP üzvlərinə partiya daxilində qarşıdurma və parçalanma olduğu görüntüsü yaratmamaq üçün Davudoğlu və onun komandası haqqında açıqlama vermək qadağan olunub. 

Türkiyə mətbuatında yayılan xəbərlərə görə AKP-də 20 aylıq bir müddətdən sonra yaşanan sədrlik böhranından dərhal sonra ilk iş olaraq partiya üzvlərinə xəbərdarlıq olunub. 

Partiya üzvlərinə olunan xəbərdarlıq çərçivəsində Davudoğlu və onun komandası haqda, danışmaq, yazı yazmaq, sosial şəbəkələrdə nə isə paylaşmaq, və açıqlama vermək qadağan olunub. 

Dünən keçirilən növbədənkənar qurultayda da Davudoğlu sədrlik üçün qarşılandığı kimi, nəzakətlə də yola salınıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook