SON XƏBƏR

Deputat: "Azərbaycanda dini sahədə ciddi proseslər gedir"

Noyabr 12
14:19 2025
"Azərbaycanda dini sahədə ciddi proseslər gedir. Qeyri-ənənəvi radikal dini təriqətlərin üzvlərinin sayında artım müşahidə olunur".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, son illərin dini fəaliyyət sahəsində ən mühüm qərarlarından biri də din xadimlərinə dövlətin maddi dəstək göstərməsidir:

"Hazırda ölkədə təxminən 2250 məscid var. Təxminən 1000 nəfər ətrafında din xadimi dövlətdən maddi dəstək alır. Düzdür, bu məscidlərin hamısı tam fəaliyyət göstərmir. Ancaq fəaliyyətdə olan məscidlərdə bir neçə din xadimi fəaliyyət göstərir. Hesab edirəm az da olsa dövlətdən maddi dəstək alan din xadimlərinin əhatə dairəsinin genişləndirilməsi din sahəsində proseslərə müsbət töhfə verə bilər".

Onun sözlərinə görə, tədbirlərə vəsaitin artırılması təqdirəlayiqdir:

"Düşünürəm ki, dini maarifləndirmə sahəsinə də vəsaitin artırılmasına ehtiyac var. Bu sahədə ciddi proseslər gedir. Qeyri-ənənəvi radikal dini təriqətlərin üzvlərinin sayında artım müşahidə olunur. İnzibati tədbirlərlə yanaşı maarifləndirmə işi də çox önəmlidir".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook