SON XƏBƏR

Deputat: ""Balaxanıneft"-in müavini dedi ki, rəismi çox az hallarda görürəm"

İyun 12
13:43 2025
"Balaxanıneftin rəhbəri ilə əlaqə saxlamağa çalışdım, telefonlarıma cavab vermədi, müavini dedi ki, rəismi çox az hallarda görürəm”
 
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə komitənin bu gün keçirilən iclasında müzakirə olunan dörd məcəllə və üç qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Bakıda 500 mindən artıq sənədsiz evin olduğunu bildirən millət vəkili bildirib ki, bu evlər həm də sığortalana bilmir.

"Sabunçuda subasma nəticəsində xeyli mənzilə ziyan dəyib. Onların heç birinin sənədi yoxdur, çox ciddi zərər dəyib. Neft olan ərazidə yerləşdiyindən zərərli suların evlərə dolması nəticəsində əksəriyyətində yaşamaq belə mümkün deyil. O vətəndaşlara hansısa formada dəstək olmaq imkanından məhrumuq, çünki sənədləri yoxdur. Balaxanıneftin rəhbəri ilə əlaqə saxlamağa çalışdım, telefonlarıma cavab vermədi, müavini dedi ki, rəismi çox az hallarda görürəm”, - deyə deputat vurğulayıb.
 
Mənbə: Trend 

Qlobal.az 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook