SON XƏBƏR

Deputat: “Bəxtiyar Hacıyev müxtəlif məqsədlər üçün hakimiyyət orqanları ilə əməkdaşlıq edib”

Dekabr 28
12:30 2022
"İnsan hüquqları da, demokratiya da, vətəndaşlıq da hər şeydən öncə məsuliyyət deməkdir. Bu dəyərlərin hər hansı birinin manipulyasiya edilməsi və onlara qarşı dürüst davranılmaması ictimai maraqlar baxımından faydalı deyil. Bəxtiyar Hacıyevin son açıqlamasında ortaya qoyduğu mövqe ondan ibarətdir ki, deyilən dəyərlərə münasibətdə onun prinsipial yanaşması yoxdur".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat daha sonra bunları əlavə edib:
 


"İnsan hüquqlarına, demokratiyaya hər hansı bir vətəndaş yanaşması bütün hallarda eyni deyilsə, şərtlərə və imkanlara, iddialara və maraqlara görə dəyişirsə, bu zaman artıq nə demokratiyadan, nə də ki, kiminsə demokratiya və insan hüquqlarına olan sədaqətindən danışmaq olmaz. Bəlli olur ki, Bəxtiyar Hacıyev müxtəlif məqsədlər üçün Azərbaycan hakimiyyət orqanları ilə əməkdaşlıq edib. Hər halda, bu onun iddiasıdır, onun səsləndirdiyi fikirlərdir. Bu əməkdaşlıq müqabilində onun iddiaları təmin olunmadıqda bundan imtina edir. Burada ictimai dəyərlərin bir alver predmetinə çevrilməsindən söhbət gedir. Yaxud demokratik dəyərlərin bir növ siyasi bazara çıxarılmasından söhbət gedir ki, bu nə demokratiyayla, nə də insan hüquqları ilə uzlaşan hadisədir. Ona görə də, bu cür yanaşma bir daha onu göstərir ki, bəzən cəmiyyətə hüquq carçısı, demokratiya carçısı kimi özünü təqdim edən şəxslərin daha fərqli məqsədləri və niyyətləri var ki, əslində Bəxtiyar Hacıyev qısa açıqlamasında bunu etiraf etmiş olur. Bu da əlbəttə ki, nə ictimai maraqlarımız, nə demokratik cəmiyyət baxımından, nə də hüquqi dövlət baxımından doğru hadisə hesab edilə bilməz".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook