DİN kiberhücumlarla bağlı çağırış edib
Dekabr 09
11:22
2025
"Vətəndaşların bank kartlarına müxtəlif kiber üsullarla müdaxilə halları var. Bank kartının üzərində olan məxfi məlumatların naməlum şəxslərə verilməsi maliyyə itkisinə və kredit öhdəliklərinin yaranmasına səbəb olur".
Bu barədə DİN-in Mətbuat Xidmətinin bildirilib.
"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə bağlı təkliflərə qarşı diqqətli olmaları tövsiyə edilir. Qəti şəkildə şəxsi bank məlumatlarınızı naməlum şəxslərə verməyin, təhlükə realdır".



