Dolların üzərində Trampın şəkli... - Konqresə qanun layihəsi təqdim olundu

Mart 03
16:15
2025
ABŞ-də bir sıra Respublikaçı konqresmenlərin Trampa məddahlığı ifrat həddə çatıb.
"Fox News”-a verdiyi müsahibədə o izah edib ki, qanun layihəsinə görə, Trampın dollar üzərindəki şəkli onun gələcəkdə əldə etdiyi nailiyyətlərin tanınmasını simvolizə edəcək.
"31 dekabr 2028-ci ildən sonra Donald Trampın portreti olmayan 100 dollarlıq əskinas buraxıla bilməz. Maliyyə naziri əskinasın ilkin dizaynını 2026-cı il dekabrın 31-dən gec olmayaraq təqdim etməlidir”, - qanun layihəsinin mətnində deyilir.
Konqresmenin təklif etdiyi qanun layihəsi "2025-ci ilin Qızıl Dövr Aktı” adlanır.