SON XƏBƏR

Donald Tramp ABŞ-ın yeni rüsumlarını açıqlayıb

Aprel 03
09:05 2025
ABŞ prezidenti Donald Tramp digər ölkələrlə yeni qarşılıqlı tariflərin tətbiq olunduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Bir neçə dəqiqədən sonra mən dünya ölkələri üçün qarşılıqlı öhdəliklər haqqında tarixi fərman imzalayacağam. Qarşılıqlı. Bu o deməkdir ki, onlar bunu bizə, biz də onlara edirik. Çox sadə. Daha sadə ola bəzdi”, - Tramp qeyd edib.

Tramp xatırladıb ki, Vaşinqton vaxtı ilə gecə yarısı ABŞ ölkəyə idxal ediləcək bütün xarici istehsal avtomobilləri və ehtiyat hissələrinə 25% rüsum tətbiq edəcək.

Avtomobillərin rüsumları aprelin 3-dən, ehtiyat hissələri üçün isə bir qədər sonra qüvvəyə minəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook