SON XƏBƏR

"Dünyada nüvə silahından istifadə artacaq" - Britaniya MN

Mart 26
10:50 2024
Dünyada nüvə silahı təhdidi artıb və yaxın iyirmi ildə də yüksək səviyyədə qalacaq.

"Report” xəbər verir ki, bu qiymətləndirmələr Böyük Britaniya hökumətinin ölkənin nüvə silahının qarşısını alma vasitələrinin gələcəyinə dair hesabatında yer alıb.

"Nüvə riskləri artır", - krallığın müdafiə naziri Qrant Şepps deyib. O, Rusiyanın digər ölkələri Kiyevə kömək etməyi dayandırmağa məcbur etmək üçün məsuliyyətsiz nüvə ritorikasından istifadə etməyə çalışdığını vurğulayıb. "Çin döyüş başlıqlarının sayını sürətlə artırır və çatdırılma vasitələrinin arsenalını genişləndirir. İndi nüvə klubunun köhnə üzvlərinə yeniləri qoşulur", - Şepps diqqətə çatdırıb.

Nazirin sözlərinə görə, KXDR və İranın nüvə proqramlarının inkişafı fonunda Böyük Britaniya "məsuliyyətli nüvə gücü" statusunu qorumalı və ölkənin nüvə arsenalını, strateji sualtı raket daşıyıcıları donanmasını yeniləmək üçün işlərini davam etdirməlidir.

O, qeyd edib ki, indi 30-cu illərdən sonra da davam edəcək artan risk və dəyişkənlik dövrünü yaşayırıq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook