SON XƏBƏR

Dünyanı şoka salan videogörüntülər: Dinc insanları zorla Peyğəmbərin (s.a.s) xanımına lənət oxumağa məcbur edən İranmeyilli silahlı qruplaşma - Video

İyul 12
12:50 2016
İraqda  İŞİD-dən alınan ərazilərdə  İranmeyilli  qrupların və İraq ordusunun  dinc sakinlərə qarşı  törətdiyi qanunsuzluqlar haqqında informasiyalar yayılmaqdadır.

Avropa.info xəbər verir ki, bu haqda Beynəlxalq Amnistiya təşkilatının hesabatlarında yazılır. Eyni zamanda İraq Kürdüstanı rəsmiləri də bununla bağlı həyəcan təbili çalırlar.

Bu arada yayılan bir video görüntü ölkəni qarışdırıb. Video görüntülərdə İranmeyilli qrupların və İraq əsgərlərinin İŞİD-dən alınan ərazilərin birində dinc sakinlərə zorla Məhəmməd Peyğəmbərin (s.a.s) həyat yoldaşı Hz Aişəyə (r.a) və Peyğəmbərin səhabəsi Hz Ömərə (r.a) lənət oxutdurduqları görünür. 

Qeyd edək ki, İŞİD-dən geri alınan ərazilərdə sünnilər yaşayırlar. Çoxsaylı beynəlxalq təşkilatlar  İraq hökumətindən İŞİD-ə qarşı əməliyyatlarda İranmeyilli qrupların, xüsusilə də adı dəhşətli qətillərdə hallanan Haşdi Şabi qruplaşmasının iştirakının qadağan edilməsini tələb edirlər. Müstəqil ekspertlər isə İraq hökumətinin İranmeyilli qruplara təsir imkanlarının olmadığını bildirirlər.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook