SON XƏBƏR

Dövlət Xidməti Kəmaləddin Heydərovun şərikini inzibati məsuliyyətə cəlb etdi

Yanvar 20
15:36 2023
Dövlət Əmək Müfəttişliyi Xidməti "Aztikintiyol” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) işçilərinin əmək hüquqlarının pozulması ilə bağlı sosial şəbəkələrdə yayılan məsələni araşdırıb.

Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb. 

Araşdırmanın nəticəsini uyğun olaraq 2022-ci ilin dekabr ayında MMC rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və Xidmət tərəfindən əmək haqlarının ödənilməsi üçün müvafiq göstəriş verilib.
 
Qeyd edək ki, "Aztikintiyol” MMC 2010-cu ilin mart ayında dövlət qeydiyyatına alınıb. 
 
Şirkətin qanuni təmsilçisi Mənuçehr Əhədpur Xangah Əli oğludur. 
 
Mənuçehr Əhədpur iranəsilli iş adamıdır. 
 
Mənuçehr Əhədpur yerli mətbuatda Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərovun yaxın adamı, biznes ortağı kimi təqdim olunur. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook