SON XƏBƏR
  • Prezident Xankəndiyə səfər etdi, sakinlərlə görüşdüAzərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Bulud” hotelinin açılışında iştirak edib. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin ..
  • "Qazaxlı Alik"in oğluna hökm oxunduHədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevaya hökm oxunub. Qlobal.az unikal-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dad..
  • Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir...Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir - 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək... Azərbaycanın ən tanınmış içməli su markalarından olan "Gədəbəy" və "Slavyanka"..
  • Ağalar Vəliyev qiymətləri qiymətləri bahalaşdırır - Mənzil sahibləri təlaşdaSon illər Bakının mənzil bazarında baş verən qiymət artımı, xüsusilə özünü yeni tikililərin qiymətində – ilkin bazarda göstərməkdədir. FED.az xəbər verir ki, bahalaşma daşınmaz əmlak bazarının bütü..
  • Temperatur mənfi 3 dərəcəyə düşəcəkFevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havan..
  • Fuad Nağıyev özünə daha bir müşavir axtarırDövlət Turizm Agentliyində (DTA) yeni vəzifə olaraq sədrin müşaviri vəzifəsi vakansiyaya çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzi də inzibati vəzifənin tutulm..
  • Xankəndidə Zəfər parkının təməli qoyulduAzərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. ..
  • Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdüAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Bu barədə Qlobal.az ..
  • Ceyhun Cəfərov azadlığa çıxdıKürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, son bir ilini məntəqə tipli cəzaçəkmə müə..
  • Bakıda Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyası işinə başladıBakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb. "Report" xəbər verir ki, tədbir "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlam..

Əhalinin cəmi 2 faizinin banklarda pulu var - “Bu, sərvət bərabərsizliyinin nadir fotosudur...”

Yanvar 25
01:57 2025
"Mərkəzi Bankın rəhbərliyi media nümayəndələri ilə 2 gün əvvəl keçirdiyi görüşdə açıqlayıb ki, hazırda ölkədə depozit hesabı olan fiziki şəxslərin sayı 150 min ətrafındadır. Təəssüf ki, ümumi depozit hesablarının sayı barədə rəsmi məlumat yoxdur. Çünki bəzən bir şəxsin xarici valyutada və manatda ayrıca hesabları olur. Yaxud, 100 min manatlıq sığortalanma limitinə görə fərqli banklarda bir neçə fərqli manat hesabı ola bilir”.

Bu barədə tanınmış iqtisadçı Rövşən Ağayev bildirib.

Onun sözlərinə görə, bu məlumat ümumi depozit hesablarının sayı barədə dəqiq təsəvvür yaratmır: "Bu rəqəmi də deyiblər ki, bütün əmanətlərin 78 faizi 30 min manata qədər olan əmanətlərə aiddir. 18 və yuxarı yaşda əhalinin sayının 7,6 milyon nəfərə yaxın olduğu nəzərə alınsa, bu o deməkdir ki, əhlainin ən yaxşı halda 2 faizinin banklarda depozit hesabı var.

Depozitlərin 78 faizinin məbləği 30 min manata qədər olan hesablarda yerləşdirilməsi ilə bağlı statistikaya gəldikdə, bu, ölkədə sərvət təbəqələşməsinin real miqyasını görmək baxımından çox önəmlidir.

Təbii ki, 30 min manata qədər əmanəti olanlar arasında hətta 1000-2000 manatlıq məbləğlər də var.

Mərkəzi Bank bu kateqoriya üzrə orta depozit məbləğini açıqlamış olsa idi, mənzərə çox aydın görünərdi. Belə bir statistika olmadığı üçün yeni maksimum bir rəqəm üzərindən ehtimal əsasında təxmini hesablama aparsaq nəticə belədir: hətta bir əmanətçi üzrə orta depozit məbləği 20 min manat olsa, bütün şəxslərin (150 min) 78 faizində ən yaxşı halda 3 milyard manat depozit olduğunu söyləmək olar.

Vətəndaşlara məxsus bütün depozitlərin 14,2 milyard manat olduğu nəzərə alınsa, bu o deməkdir ki, ən zəngin 20 faiz depozit sahibi bank sektorundakı bütün depozitlərin təxminən 75 faizinə də sahibdirlər.

Amma hətta nəzəri olaraq həmin əmanətçilərin hamısında istisnasız olaraq 30 min depozit olsa, 78 faiz əmanət sahibinin malik olduğu vəsaitlərin həcmi bütün əhali depozitlərinin 30 faiz ətrafında olduğu görünür.

Belə bir iddia səsələnə bilər ki, əhali sandıq və yastıq altında yığıma daha çox üstünlük verir. Amma sığortalanmanın olduğu şəraitdə insanların böyük əksərriyyətinin sərbəst pul vəsaitlər sayəsində faiz gəlirləri əldə etməmək istəməməsi heç real görünmür.

İkincisi, dövlət qurumları zəhmət çəkib müxtəlif etibarlı müayinə və tədqiqatlar əsasında yastıqaltı yığım dövriyyəsinin real miqyasını ortaya çıxarsın və əhalinin bank sektoruna niy güvənmədiyinin səbəblərini də dilə gətirsin”.

Ekspertin fikrincə, problem yoxsulluğun miqyasının geniş olmasıdır: "Ailə təsərrüfatlarının böyük əksəriyyəti yığım edə bilmədən ən yaxşı halda gündəlik dolanışıqları üçün pul qazana biləcəkləri vəziyyətdədirlər. Təqdim olunan statistika Azərbaycanda sərvət və gəlir bərabərsizliyinin fotosu hesaba oluna biləcək nadir və açıq rəsmi məlumatlardan biridir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook