SON XƏBƏR

Əhməd Oruc: "Azərbaycanda müstəqil partiya mövcud deyil”

Yanvar 31
15:56 2023
"Azərbaycanda fəaliyyət göstərən partiyalar ya hakimiyyətin, ya da Rusiyanın nəzarətindədir. Ölkəmizdə müstəqil partiya mövcud deyil”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. Sədr bildirib ki, Azadlıq Partiyasının hər hansı bir başqa partiya ilə birləşməyi düşünmür: "Biz milli-demokratik düşərgədə olan partiyalarla əməkdaşlıq etməyə hazırıq".

Əhməd Oruc qeyd edib ki, "Siyasi partiyalar haqqında” qanun layihəsini partiyaların fəaliyyətlərinə əngəl yaratmaq üçün qəbul edilib: "Hansısa partiyanı ləvğ etmək və yaxud da fəaliyyətini dondurmaq üçün 5 min üzvə ehtiyac yox idi. Azərbaycanda istəlinən partiyanın fəaliyyətinə məhdudiyyətin qoyulması məhkəmənin əlində bir saniyəlik işdir. Ona görə hesab etmirəm ki, "Siyasi partiyalar haqqında” qanun mahiyyətçə nəyisə dəyişir. Azadlıq Partiyasını 10 il qeydiyyata almayıblar. Qeydiyyata alınandan sonra isə hakimiyətin partiyamıza hər hansı bir dəstəyi olmayıb. Qanun elə qəbul olunub ki, ondan yalnız hakimiyyətə yaxın partiyalar yararlana bilib, mətbuat imkanları da özlərinə yaxın partiyalara yaradılıb. Qeydiyyatdan keçməklə bağlı bir üstünlüyümüz olub, o da möhürümüzdür".

Partiya sədri hazırda 6 mindən çox üzvlərinin olduğunu diqqətə çatdırıb: "Tutaq ki, biz üzvlərimizin sayını göstərdik, amma MSK onu qeyri-qanuni sayacaq, onunla da məsələ bitəcək. Bu qanundan sonra hər şey öz əllərindədir, kimlərinsə fəaliyətinə qadağa qoyacaqlar, kimlərəsə imkan yaradacaqlar”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook