SON XƏBƏR

Əl-Şaraadan sensasion qərar: Suriyada kürd dili dövlət dili elan edildi

Yanvar 17
23:27 2026
Suriya Prezidenti Əhməd əl-Şaraa kürdlərin hüquqlarını qoruyan fərman imzalayıb. Orada kürdlərin Suriya cəmiyyətinin ayrılmaz hissəsi olduğu və ölkə tarixində ilk dəfə olaraq kürd dilinin dövlət dili kimi tanındığı bildirilib.

"Report"un xəbərinə görə, bu barədə AFP məlumat yayıb.

Fərmana əsasən, kürd dili əhalinin, yəni kürdlərin əhəmiyyətli bir hissəsini təşkil etdiyi ərazilərdəki məktəblərdə tədris olunacaq.

1962-ci il əhali siyahıyaalınmasında vətəndaşlıqdan məhrum edilmiş kürdlərə vətəndaşlığın bərpası hüququ verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook