SON XƏBƏR

Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib

Mart 27
14:39 2024
Azərbaycan Prezidenti İlham Əliyev Elçin Babayevin yenidən Bakı Dövlət Universitetinin rektor təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq qərara alıram:

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin".

Qeyd edək ki, ilk dəfə Elçin Babayev 2019-cu il martın 11-də BDU rektoru təyin edilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook