SON XƏBƏR

Çelenc Kuboku: Azərbaycan təmsilçisi mübarizəni dayandırıb

Noyabr 16
07:08 2023
Qadın voleybolçulardan ibarət "Azərreyl” klubu Çelenc Kubokunda növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Cengiz Akarçeşmənin baş məşqçisi olduğu kollektiv 1/16 final mərhələsinin cavab matçında İspaniyada "Avarka de Menorka”nın qonağı olub.

Qarşılaşma rəqibin 3:0 (25:20, 25:23, 25:17) hesablı qələbəsi ilə bitib.

Noyabrın 9-da Bakıda gerçəkləşən ilk görüşdə Azərbaycan təmsilçisi 3:1 (23:25, 25:15, 25:19, 25:23) hesablı qələbə qazansa da, mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, "Azərreyl” əvvəlki raundda Ukrayna "Balta”sını mübarizədən kənarlaşdırmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook