SON XƏBƏR

Ərdoğan ABŞ-dan Fətullah Güləni təhvil verməyi tələb edib

İyul 16
21:51 2016
Pensilyaniyadakı o şəxsi Türkiyəyə təslim edin. "Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalq qarşısında çıxışı zamanı bildirib.

"ABŞ-a səslənirəm ki, o şəxsi ya ölkədən deportasiya edin, ya bizə təhvil verin demişdim. Lakin dinləmədilər. İndi isə bu silahlı çevriliş cəhdindən sonra yenidən səslənirəm. 

Pensilyaniyadakı o şəxsi Türkiyəyə təslim edin. Əgər biz strateji tərəfdaşıqsa bu tələbimizi yerinə yetirin. Siz bizdən hansı terroristi istədiniz, biz təhvil vermədik? İndi də terrorçu siyahımızda yer alan o şəxsi bizə təslim edin”, - Ərdoğan deyib.

Prezident Ərdoğan çıxışı zamanı bildirib ki, qiyamın yatırılması zamanı polislər, dinc sakinlər şəhid olub. O ölkənin silahlı qüvvətlərinin daxilində təmizlənmə aparıldığını vurğulayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook