SON XƏBƏR

Ərdoğan: Bu ölkə yenidən öz gücünə qayıdacaq

Dekabr 13
01:04 2016
Bu terror aktı ölkəmizi parçalamağa çalışan Qərb dünyasının, imperialist qüvvələrin işidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan polislərin qarşısında çıxışı zamanı deyib.

"Bunlar Türkiyənin və türkün güclənməsini əsla qəbul etmək istəmirlər. İstdikləri qədər çalışsınlar. Bizim imanımız və qətiyyətimiz var. Bu ölkə tarixdə olduğu kimi yenidən öz gücünə və mövqeyinə qayıdacaq. Bunu birlikdə edəcəyik. 35 ildir ki, bu ölkədə terror var və buna qarşı mübarizə aparılır. Lakin indi terror təhdidlərin də forması dəyişib”, - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, İstanbulun Beşiktaş rayonunda baş verən terror aktı nəticəsində 44 nəfər həlak olub, 160 nəfər isə xəsarət alıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook