Ərdoğan hökuməti qurmağı Binəli Yıldırıma tapşıracaq
May 20
05:56
2016
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP qurultayından dərhal sonra hökuməti qurma vəzifəsini Binəli Yıldırıma təhvil verəcək.
Axar.az xəbər verir ki, Ərdoğan yeni kabinetin tərkibinin formalaşdırılması üçün qurultay gününün axşamı Yıldırıma tapşırıq verəcəyini bildirib.
"Qurultay günü Baş nazirimiz Əhməd bəy istefa verəcəyini elan edəcək. Bundan sonrakı prosesdə yeni baş nazirə dərhal yeni kabineti formalaşdırması üçün səlahiyyət verəcəm. Çünki bazar ertəsi günü Dünya Humanitar Forumu var. 60 ölkənin hökumət liderləri və nümayəndələri Türkiyəyə gəlir. Bu tədbir 2 gün davam edəcək və daha sonra Ankaraya gəlib, hökumətlə tanış olacağıq", - Ərdoğan qeyd edib.
Qlobal.az