Ərdoğan: Kədərləndim
Dekabr 21
01:15
2016
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Berlində baş verən terror hücumundan dolayı Almaniya kansleri Angela Merkelə başsağlığı verib.
Axar.az xəbər verir ki, həyata keçirilən telefon danışığında türk lider Merkelə və onun şəxsində alman xalqına başsağlığı mesajını çatdırıb.
Olaydan dolayı dərin kədər hissi keçirdiyi bildirən Ərdoğan yaralılara təcili şəfalar diləyib.
Bundan əlavə, prezidentin Merkelə Hələbdəki təxliyələr və humanitar yardımlarla da bağlı məlumat veridiyi bildirilib.
Qeyd edək ki, dünən axşam saatlarında yük maşınının yeni il şənliyi ilə bağlı təşkil edilən yarmarkaya girməsi nəticəsində 12 nəfər həlak olub, 50-dan çoxu isə yaralanıb.