Ərdoğan NATO-nun Baş katibi ilə müharibəni müzakirə edib
Aprel 04
19:50
2026
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, danışıq zamanı Ərdoğan İranla bağlı prosesin geostrateji çıxılmaz vəziyyətə sürükləndiyini bildirib və beynəlxalq ictimaiyyətin müharibəni sona çatdırmaq üçün səylərini artırmalı olduğunu qeyd edib.



