Ərdoğan Putinə məktub göndərdi
İyun 14
14:24
2016
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə təbrik məktubu göndərib.
APA-nın verdiyi xəbərə görə, Türkiyə liderinin məktubunun mətnini RİA Novosti agentliyi yayıb.
Ərdoğan məktubunda rus xalqını Rusiya Günü münasibəti ilə təbrik edib və yaxın vaxtlarda Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıb.
"Çox hörmətli cənab Prezident! Türkiyə xalqı adından Sizin simanızda bütün rusiyalıları Rusiya Günü münasibəti ilə təbrik edirəm. Eləcə də Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıram", - deyə Türkiyə prezidentinin təbrik məktubunda qeyd olunub.
Türkiyənin Baş naziri Binali Yıldırım da rusiyalı həmkarı Dmitri Medvedyevə təbrik məktubu göndərib.
Məktubda Türkiyə baş nazirinin yaxın vaxtlarda iki ölkə arasında münasibətlərin və əməkdaşlığın xalqların ümumi marağı üçün vacib olduğu səviyyəyə çatacağını arzuladığı qeyd olunur.