Ərdoğan: “Rusiyanın sanksiyalarına emosiyasız cavab verəcəyik...”
Dekabr 01
17:35
2015
Ankara Rusiyanın Türkiyəyə qarşı sanksiyalar tətbiq eləməsi ilə bağlı cavab tədbirləri haqda qərar qəbul etməzdən öncə səbirli və emosiyasız hərəkət edəcək.
Musavat.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə, BMT konfransı çərçivəsində Rusiya ilə münasibətlərə dair sualı cavablandırarkən bildirib.
"Rusiyanın "Su-24” təyyarəsi ilə bağlı insidentdən sonra Ankara Moskva ilə əlaqələrin qırılmaması üçün səylər göstərib” – qeyd edib Ərdoğan.
Qeyd edək ki, Rusiya hökuməti dekabrın 1-dən Türkiyədən kənd təsərrüfatı məhsulları və meyvə idxalına qadağa tətbiq edib. Sənaye mallarına hələ ki, sanksiya tətbiq olunmayıb.



