SON XƏBƏR

Ərdoğan Trampla görüşmək istəyir

Yanvar 27
14:18 2017
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Vaşinqton münasibətlərini yaxşılaşdırmaq məqsədilə ABŞ Prezidenti Donald Trampla görüşmək niyyəti olduğunu bəyan edib. Bu barədə "Hürriyyət" qəzeti məlumat verir.

Dövlət başçısı qeyd edib: "Mən cənab Trampla görüşməyi arzulayıram. Danışıqların əsas mövzusu Türkiyə-ABŞ münasibətlərinin qiymətləndirilməsi olacaq.
 
Hazırda bizim strateji əlaqələrimiz yaxşıdırmı? Xeyr. Biz bu əlaqələri yaxşılaşdırmalıyıq".

Bundan başqa, R.T.Ərdoğan amerikalı həmkarı ilə Fəthullah Gülənin ekstradisiyası məsələsini də müzakirə etmək istədiyini bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook