SON XƏBƏR

Ərdoğan: “Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir”

Mart 17
01:52 2023
"Ədalətli institusional strukturlardan məhrum birliklərin bloklandığı prosesdə Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir”.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

"Adriatik dənizindən Asiyaya qədər uzanan geniş coğrafiyada bizim çox geniş əməkdaşlıq imkanımız var. Tarixi inkişafların türk dünyasının yolunu açdığı fürsət pəncərələrini düzgün qiymətləndirmək lazımdır. Siyasi həmrəylikdən tutmuş, enerji və nəqliyyatın başçılıq etdiyi iqtisadi əməkdaşlığa qədər hər sahədə onu mənfəətə çevirmək imkanımız var.

Qardaş ölkələrin nisbətən qısa müstəqillik dövründə əldə etdikləri nailiyyətləri ümumi gələcəyimiz üçün çox vacib hesab edirəm. Bu nəhəng potensial təşkilatımızın təsir dairəsinin ölçüsünə işarə edir. Hər Zirvə görüşü ilə biz bu təsirin miqyasını və əsasını daha da gücləndiririk”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook