Ərdoğan Türkiyədə baş verən güclü zəlzələdən danışdı
							Yanvar 25
									
										09:53
										2020
									
								Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 24-də baş vermiş zəlzələ ilə bağlı fikirlərini bölüşüb. Virtualaz.org CNN Türk-ə istinadən bildirir ki, Ərdoğan Elazığda, eləcə də bir sıra bölgələrdə baş verən zəlzələ ilə bağlı müvafiq dövlət orqanlarının səfərbər edildiyini deyib.
O, prezident olaraq, zəlzələ ilə bağlı bütün hadisələri yaxından izlədiyini bildirib: "Biz bütün dövlət qurumları, xüsusən də Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsi və Qızıl Aypara təşkilatı ilə millətimizin yanındayıq. Zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm”.

				
				
				
				
				
				

