SON XƏBƏR

Ərdoğan üçüncü dəfə prezidentliyə namizəd olmayacaq

May 20
01:17 2023
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən seçiləcəyi təqdirdə üçüncü dəfə prezidentliyə namizəd olmayacağını bildirib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyədə mövcud qaydalara əsasən, prezident yalnız iki dəfə seçilə bilər və onun ilk səlahiyyət müddəti başa çatıb.

Türkiyə lideri aparıcının 2033-cü ilə qədər ölkəyə rəhbərlik etməyi planlaşdırıb-planlamaması ilə bağlı sualını cavablandırarkən, "İkinci müddətə yenidən seçilməklə bu proses uğurla başa çatacaq” deyə prezident bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook